Böyük Britaniyada koronavirusa qarşı tətbiq edilmiş məhdudiyyətlərin bir qismi bu gündən ləğv edilir.
İndex.az BBC-yə istinadən xəbər verir ki, o cümlədən qoruyucu maska taxmaq məcburiyyəti, COVID pasportları ortadan qalxır.
Səhiyyə və sosial xidmətlər üzrə dövlət katibi Sacid Cavid bu addımı ölkədə geniş peyvəndləmənin aparılması, habelə koronavirusun törətdiyi xəstəliklərə qarşı müalicə üsullarının daha geniş yayılması ilə əsaslandırıb.
O, bundan sonra qoruyucu maska taxmağın şəxsi qərara bağlı olacağını bildirib.
Bununla belə bəzi ticarət mərkəzləri, həmçinin dəmir yolu operatorları müştəri və sərnişinlərin məcburi qaydada yox, könüllü şəkildə qoruyucu maska taxmasını tövsiyə edib.
Londonun bələdiyyə sədri Sadiq Xan da paytaxt nəqliyyatında qoruyucu maska taxmağın hələ məcburi olduğunu bildirib.