Vətəndaşlarımız bu ölkəyə e-viza ilə səfər edə biləcəklər

Gələn ildən Azərbaycan vətəndaşları Mərakeşə elektron viza ilə səfər edə biləcəklər.

İndex.az xəbər verir ki, bu barədə Mərakeşin Azərbaycandakı səfirliyi məlumat yayıb.

2023-cü il yanvarın 10-dan Azərbaycan və digər beş ölkənin vətəndaşları elektron viza almaqla Mərakeşə səfər etmək imkanı əldə edəcəklər.

Azərbaycan vətəndaşları viza üçün eyni zamanda Mərakeşin Bakıdakı səfirliyinə də müraciət edə bilərlər.