Yanındakı xanımla radara düşən sürücü həmin şəkli çərçivəyə saldı

Bakıda radara düşən sürücünün kreativ addımı görənlərin marağına səbəb olub.

İndex.az xəbər verir ki, hərəkət sürətini aşan sürücü həyat yoldaşı ilə birgə radara düşüb. O, protokola əlavə edilmiş fotoşəkli çap edərək çərçivəyə salıb və evin divarından asaraq fotoqalereyasına əlavə edib.

Sürücünün bu hərəkətini izləyicilər maraqla qarşılayıb.