Ən çox qol vuran futbolçular – SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bütün dövrlərdə beynəlxalq arenalarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.

İndex.az xəbər verir ki, siyahıya Portuqaliya millisinin kapitanı Kriştiani Ronaldu başçılıq edir.

37 yaşlı ulduz futbolçu beynəlxalq klub yarışlarında 152, milli komandada isə 118 dəfə fərqlənib. Onu Argentina yığmasının və Fransanın PSJ klubunun oyunçusu Lionel Messi izləyir. İlk “üçlüy”ün son sakini Robert Levandovski də həmkarları kimi, karyerasını davam etdirir.

Ümumilikdə 27 oyunçu futbol tarixində beynəlxalq arenalarda 100 qol həddinə çata bilib.

Yer Futbolçu Millisi Karyera Qollar Cəmi
Klubda Millidə
1 Kriştianu Ronaldu Portuqaliya 2002- 152 118 270
2 Lionel Messi Argentina 2004- 137 98 235
3 Robert Levandovski Polşa 2008- 100 78 178
4 Herd Müller Almaniya 1964-1981 69 68 137
5 Neymar Braziliya 2009- 59 77 136
6 Kərim Benzema Fransa 2005- 91 37 128
7 Raul Qonzales İspaniya 1994-2015 79 44 123
8 Əli Dai İran 1994-2007 13 109 122
9 Ferens Puşkaş Macarıstan, İspaniya 1943-1966 38 84 122
10 Luis Suares Uruqvay 2005- 53 68 121
11 Zlatan İbrahimoviç İsveç 1999- 57 62 119
12 Edin Dzeko Bosniya və H. 2003- 53 64 117
13 Didye Droqba Fil Dişi Sahili 2002-2016 50 65 115
14 Andrey Şevçenko Ukrayna 1992-2012 67 48 115
15 Edinson Kavani Uruqvay 2005- 55 58 113
16 Ronaldo Braziliya 1993-2011 50 62 112
17 Tyerri Anri Fransa 1994-2012 59 51 110
18 Romario Braziliya 1985-2007 54 55 109
19 Romelu Lukaku Belçika 2009- 40 68 108
20 Samuel Eto Kamerun 1999-2019 49 56 105
21 Sunil Çetri Hindistan 2002- 20 84 104
22 Serxio Aquero Argentina 2003-2021 63 41 104
23 Pele Braziliya 1957-1977 26 77 103
24 Miroslav Kloze Almaniya 1999-2016 31 71 102
25 Məhəmməd Salah Misir 2009- 52 49 101
26 Bader al-Mutava Küveyt 2003- 43 57 100
27 Eysebio Portuqaliya 1957-1978 59 41 100