“Azəriqaz”ın Böhran vəziyyətləri və fövqəladə halların idarə olunması komissiyası təlim-məşq keçirib

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Böhran vəziyyətləri və fövqəladə halların idarə olunması komissiyası təlim-məşq keçirib.

İndex.az xəbər verir ki, Birliyin şərti ünvanda vətəndaşları təbii qazla təmin edən qaz kəmərində baş vermiş qəza halının operativ idarə edilməsi məqsədilə, Birliyin Böhran vəziyyətləri və fövqəladə halların idarə olunması (BVFHİO) komissiyası tərəfindən hadisənin izlənməsi və lazımi tədbirlərin görülməsi üçün  təlim-məşq keçirilib.