200-dən artıq şəhid ailəsinin qaz təchizatı ilə bağlı müraciəti təmin olunub

2022-ci ildə ölkə ərazisində 114 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulmuşdu ki, bunların artıq 92 faizində işlər tamamlanıb. Respublikada ümumilikdə 500 km-dən çox boru xətti çəkilib.

İndex.az xəbər verir ki, bu barədə SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov “Açıq qapı” aksiyasında məlumat verib.

Qurum rəsmisi işlərin 2023-cü ildə də davam edəcəyini vurğulayıb.

Tədbirdə çıxış edən Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev görülən işlər çərçivəsində son 2 ildə 200-dən çox şəhid ailəsinin müraciətinin həll edildiyini qeyd edib. Həmçinin şöbə rəisi SOCAR “Azəriqaz” İB-nin hər zaman həssas qrup üzvlərinin qayğılarını diqqət mərkəzində saxladığını vurğulayıb.

Aksiya daha sonra jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.