Bank sektorunun aktivləri ilk dəfə 45 milyard manatı üstələyib

Bu il dekabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 45 490,2 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 27,8% çoxdur.

Bankların aktivləri ilk dəfədir ki, 45 milyard manatı üstələyir.

Bankların aktivlərinin 18 468,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 22,3 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42,4%-dən 40,6%-ə düşüb.