“Microsoft” 60 milyon avro cərimələndi

Fransa Texnologiya və Azadlıqlar Komissiyası “Microsoft” şirkətini külli miqdarda cərimələyib.

İndex.az xəbər verir ki, cərimənin məbləği 60 mln. avrodur.

Cərimələnməyə “Microsoft” şirkətinin insanlar üçün “Bing” axtarış sistemindən istifadə edərkən “cookie”ləri qəbul etdikləri kimi asan formada imtina etmələrinə icazə verən sistem qurmaması səbəb olub.