Avropada təbii qazın qiyməti 1000 dollardan da aşağı düşdü

Avropada təbii qazın qiyməti oktyabrın 25-dən bəri ilk dəfə olaraq 999,6 ABŞ dollarına düşüb

İndex.az xəbər verir ki, bunu ICE London Fond Birjasının məlumatları göatərir.

TTF (Avropadakı ən böyük hab, Niderlandda yerləşir) indeksi üzrə yanvar fyuçersləri 1000 kubmetr üçün 1045,5 dollar (-2,4%) səviyyəsində başlayıb. Daha sonra “mavi yanacağ”ın qiyməti 999,6 dollara (-6,7%) düşüb.

Xatırladaq ki, ötən gün Avropa İttifaqı ölkələri təbii qazın maksimum mübadilə qiymətini təyin etmək barədə razılığa gəliblər. Onun qiyməti 1 MVt/saat üçün 180 avro təşkil edəcək və bu qərar fevralın 15-də qüvvəyə minəcək.