Vasif Talıbovun səlahiyyətlərini kim icra edəcək?

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun bu gün istefa verməsi ilə bağlı məlumat yayılıb.

İndex.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Ali Məclisinin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.

Bu isə o deməkdir ki, V. Talıbovun vəzifələrini birinci müavini Azər Zeynalomüvəqqəti icra edəcək.
Qeyd edək ki, 52 yaşlı Azər Zeynalov 2005-ci ildən Ali Məclisin deputatıdır. 10 saylı Şərur seçki dairəsindən deputat olan Zeynalov 2015-ci ildən V. Talıbovun birinci müavinidir.