Fövqəladə Hallar Nazirliyinin inzibati binasında xınayaxdı mərasimi keçirilib.
Index.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, görüntülərdə nazirliyin xanım əməkdaşları şad gününü qeyd edən həmkarlarının başına toplaşaraq şam yandırıblar, xınayaxdı mərasiminə aid mahnı oxuyublar.
Sosial şəbəkələrdə müzakirələrə səbəb olan videoya fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da münasibət bildirib.
“Bu, şəhid ailəsinin qızının məclisdir. Burada nə var ki? Məgər burada içki, söyüş var? Hansı kollektivdə ad günü keçirmirlər? Burada nə problem var axı? Tərbiyəsiz hal var ki?
Ölkədə hər yerdə ad günü, nişan, xına mərasimləri keçirilir. Gəlib öz kiçik kollektivləri ilə qeyd edirlər də. Pandemiya olduğu üçün hamını dəvət etməyə imkan yoxdur. Burada artıq heç bir şey yoxdur. Buna kimsə ayrı don geyindirmək istəyirsə, cavabını alacaq”.
Sözügedən videonu təqdim edirik: