Avropada qazın birja hərraclarında qiyməti 1000 kubmetr üçün 1000 dolları ötüb.
İndex.az ICE birjasının məlumatlarına istinadən xəbər verir ki, bu, oktyabrın 27-dən bəri ilk dəfədir.
Dekabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün təxminən 1002 dollara qədər artıb. Günün əvvəlindən Avropada qazın qiymətinin ümumi artımı 5%-dən çoxdur.
Qiymətlərin qalxmasına səbəb Norveçdən Avropaya qaz nəqlinin azalması ola bilər.
Bundan əlavə, hərrac ərəfəsində “Qazprom” dekabr ayı üçün Ukrayna ərazisindən təbii qazın tranziti üçün əlavə gücləri və Yamal-Avropa vasitəsilə Polşadan qaz nəqli üçün gücləri sifariş etməyib.