Vergi ödəyicilərinin sayı 6% artıb

2022-ci ilin dekabr ayının 1-nə respublika üzrə uçotda olan 1.399.990 vergi ödəyicisinin 87.4%-i fiziki şəxslər, 12.6%-i hüquqi şəxslər və digər təşkilatlar olub.

İndex.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayı 5.9%, o cümlədən fiziki şəxslərin sayı 5.5% (ümumi artımın 80.7%-i), hüquqi şəxslərin sayı 9.4% (ümumi artımın 19.3%-i) artıb.