Bu gün 23:00-da Braziliya millisi Cənubi Koreya millisi ilə qarşılaşacaq. 1/4 finala hansı komanda adlayacaq? Cavabı proqnozumuzda.
BRAZİLİYA
Braziliya millisi Kamerun, Serbiya və İsveçrə ilə birlikdə mübarizə apardığı qrupun favoriti sayılırdı. İlk turda Titenin komandası Serblərlə qarşılaşdı. 1-ci hissədə rəqibi analiz edən sambaçılar 2-ci hissədə 2 qol vuraraq mundiala qələbə ilə başladılar. 2-ci turda rəqib çətin İsveçrə millisi idi. Bu dəfə Braziliya daha möhkəm müqavimətlə üzləşdi. İsveçrəlilərin qapısına yalnız 83-cü dəqiqədə yol tapmaq mümkün oldu. 2-ci turda da qələbəyə sevinən Braziliya pley-offa vəsiqəni erkən təmin etdi.
Son turda Braziliya millisinin baş məşqçisi ehtiyyat oyunçularının bir neçəsinə şans vermişdi. Artıq qrupdan çıxmağı qaranti altına alana braziliyalılar daha rahat idilər. Lakin rəqibin əsas oyunçularının meydanda olmamasından afrikalılar maksimum istifadə etdilər. İlk hissədə Braziliya hücumlarını dəf edən Kamerun, 2-ci hissədə sürəti artıraraq özü kəskin hücumlar qurmağa başladı. Vinsent Abubakarın qolu ilə önə keçən Kamerun millisi sonda qələbəyə sevinən tərəf oldu.
CƏNUBİ KOREYA
Cənubi Koreya millisi qrup mərhələsi başlamazdan əvvəl öz qrupunun favoriti sayılmırdı. Çünki qrupda Portuqaliya və Uruqvay kimi heyəti ulduz futbolçularla zəngin olan millilər var idi. Lakin Cənubi Koreya millisi ilk turda əla oyun nümayiş etdirərək Uruqvaydan 1 xal qopartmağı bacardı (0:0).
Cənubi Koreya 2-ci turda Qana ilə qarşılaşdı. İlk hissədə gözlənilmədin qapısından 2 top buraxan koreyalılar özlərində güc taparaq 2 qol vurub hesabı bərabərləşdirməyi bacardılar. Lakin Qana millsinin vurduğu 3-cü qol koreyalılar meydandan məğlub yola saldı. SOn turda isə rəqib qrupun əsas favoriti Portuqaliya millisi idi. Portuqallar artıq pley-offa vəsiqəni təmin etdikləri üçün əsas oyunçulardan bir neçəsinə istirahət vermişdilər. Meydana qələbə üçün çıxan koreyalılar əllərindən gələni edərək 2:1 hesablı qələbə qazana bildilər. Beləliklə onlar pley-offa adlayan tərəf oldular.
PROQNOZ
Braziliya millisi ilk iki dövrədə çox keyfiyyətli futbol nümayiş etdirərək futbolçularına Kamerunla görüşdə dincəlmək imkanı verdi. Bu gün onlar tam heyətlə və tam enerji ilə meydanda olacaqlar. Heyətlər arasındakı fərqə nəzər salsaq oyunda favoritin açıq-aşkar Braziliya olduğunu görərik. Bizim fikrimizcə də sambaçılar bu gün qələbəni əldən verməyəcək və rahat qələbə qazanacaq.
Bizim ilk proqnozumuz Braziliya üçün Asiya handikapı (-1.5) olacaq – 1.87
Braziliya millisinin bu mundialda tək məqsədi kuboku qazanmaqdır. Braziliyalıların çox güclü hücum xətti var. Növbəti tura keçmək üçün Koreyalılarda cəhd edərək hücumlara çıxacaqlar. Bu zaman sambaçılar onları cəzalandıra bilərlər. Biz Braziliyanın minimal hesablı qələbəyə razılaşacağına inanmırıq.
İkinci mərcimiz Braziliyanın 3 qolla qələbəsi olacaq – 5.40
BUKMEKERLƏR NƏ DEYİR
Dəqiq hesab: 4:0 – 11.50
Braziliya 2-ci hissədə qol vuracaq – 1.35
Cənubi Koreya qol vurmayacaq – 1.65