ARDNF valyuta hərraclarındakı satışını 20% azaldıb

Bu ilin yanvar-noyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 4 milyard 589,6 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

İndex.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,5% azdır.

Təkcə bu ay isə ARDNF-in valyuta satışının məbləği 410,4 milyon dollar təşkil edib. Bu isə ötən ilin noyabr ayına nisbətən 51,9% azdır.