"Xalq Bank" işçilər axtarır – VAKANSİYALAR

İcraya nəzarət şöbəsinin mütəxəssisi

Son tarix 14 yan 2022

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə

Şəhər: Bakı

Namizədə dair tələblər:

Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;

Analoji sahə üzrə və ya bank işi sahəsində minimum 3-5 illik təcrübə;

Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;

İşdə dəqiqlik, stressə davamlılıq və detallara fikirvermə qabiliyyəti;

Kollektivdə və gərgin iş qrafikində işləmək bacarığı olmalı;

Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;

Əmək funksiyalarının yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının mülki, mülki-prosessual, ipoteka haqqında, icra haqqında və digər qanunvericilik və normativ-hüquqi aktlarını, o cümlədən bankdaxili normativ aktları bilməli.

İşin təsviri:

Problemli kreditlərlə əlaqədar icraata daxil olmuş məhkəmə qərarlarının icra məmuru tərəfindən vaxtında, tam və düzgün icra edilməsinə nəzarət edir;

Məhkəmə qərarlarının icrası zamanı problemli kreditin təminatı kimi girov qoyulmuş əmlakın hərrac təşkilatı tərəfindən satılmasına nəzarət edir, lazım olduqda həmin proseslərdə iştirak edir;

İcra məmuru tərəfindən borc tələbinin borclunun gəlirlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarında hesablarına yönəldilməsinin təmin olunmasına nəzarət edir;

Bankdaxili normativ aktlarda müəyyən olunmuş və icrası ona həvalə olunmuş vəzifələri vaxtında və nöqsansız icra edir;

Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlayır;

Məhkəmə qərarlarının icrasından irəli gələrək zəruri hallarda regionlara ezam olunmaq (qısa və uzun müddətli);

Şöbənin icraatında olan işlərin xüsusiyyətindən irəli gələrək daxil olmuş sorğulara, müraciət məktublarına və ərizələrə qanunvericiliyə uyğun olaraq cavabların hazırlanması, eləcə də, dövlət və ya qeyri-dövlət orqanlarına Bankın adından müraciət məktublarının hazırlanması;

Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamların qeyd-şərtsiz yerinə yetirilməsi.

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

Telefon: (012) 404 43 39

Faks: (012) 404 43 34

Problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi

Son tarix 14 yan 2022

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə

Şəhər: Bakı

Namizədə dair tələblər:

Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;

Analoji sahə üzrə və ya bank işi sahəsində minimum 4-6 illik iş təcrübəsi;

Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;

İşdə dəqiqlik, stressə davamlılıq və detallara fikirvermə qabiliyyəti;

Kollektivdə və gərgin iş qrafikində işləmək bacarığı olmalı;

Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;

Əmək funksiyalarının yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının mülki, mülki-prosessual, ipoteka haqqında və digər qanunvericilik və normativ-hüquqi aktlarını, o cümlədən bankdaxili normativ aktları bilməli.

İşin təsviri:

Problemli Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi;

Əməkdaşa təhkim olunmuş portfel üzrə Problemli borcalanlar ilə görüşlərin keçirilməsi, mütəmadi zənglərin edilməsi;

Problemli borcalanların maliyyə vəziyyətindən asılı olaraq kredit borclarını restrukturizasiyaya cəlb edilməsi;

Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi;

Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək, aparılmış işlərə dair portfeldə qeydlər etmək;

Problemli borcalan barəsində məhkəməyə müraciət edilməsi ilə bağlı kredit dosyesi üzrə müvafiq sənədləri hazırlayaraq Hüquq İdarəsinə təhvil verilməsi;

Məhkəmə müddətində problemli borcalan barəsində aparılan prosesual addımların izlənməsi və portfeldə müvafiq qeydlərin aparılması;

Problemli borcalanlarla birbaşa görüşlərin təşkili, girov və biznesin monitorinqin həyata keçirilməsi;

Kreditin sağlamlaşdırılması üçün təkliflərin hazırlanması;

Analoji işlərin təşkili üçün regionlara ezam olunması.

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

Telefon: (012) 404 43 39

Faks: (012) 404 43 34