Naxçıvanda maaşlar 9% artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 596,2 manat olub.

İndex.az xəbər verir ki, bu barədə yerli Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,3% çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,4% artaraq 827,4 manat təşkil edib.