Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 2 milyard 446 milyon 943,5 min manatlıq ümumi daxili məhsul istehsal olunub.
İndex.az Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,6% çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4% artaraq 5 min 272,4 manat olub.
Xatırladaq ki, 2022-ci ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 111 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2% çox ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 2,4 % azalıb, qeyri neft-qaz sektorunda isə 9,7% artıb.