Bu gün saat 17:00-da Uruqvay Cənubi Koreya ilə üz-üzə gələcək. Qələbə kimin olacaq? Cavabı Proqnozumuzda.
URUQVAY
Uruqvay millisi DÇ-nın seçmə mərhələsində çox bərbad çıxış etdi. Ardıcıl məğlubiyyətlərdən sonra komandanın baş məşqçisi Oskar Tabaresi qovuldu.
Onun əvəzinə baş məşqçi postuna gətirilən Dieqo Alonsonun işi çox çətin olsa da, məşqçi vəziyyətdən çıxış yolunu tapmağı bacardı. Yeni baş məşqçi komandanı seçmə mərhələdə 3-cü edərək mundiala vəsiqəni təmin etdi.
Dünya çempionatının startı ərəfəsində Uruqvay yoldaşlıq görüşündə Kanadaya 2:0 hesabı ilə qalib gəlib.
CƏNUBİ KOREYA
Cənubi Koreya millisi bugünkü rəqibindən fərqli olaraq, DÇ-na kifayət qədər rahat vəsiqə qazandı. Seçmə mərhələdə Paulo Bentonun komandası İran, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Suriya və Livanla eyni qrupda yer alaraq, bu qrupu 2-ci tamamlayıb mundiala vəsiqəni təmin etdi.
Cənubi Koreya DÇ başlamazdan əvvəl İslandiya ilə yoldaşlıq oyunu keçirib və bu görüşdə 1:0 hesablı qələbə qazanıb.
PROQNOZ
Uruqvay millisi oyunun favoritidir. – Uruqvaylılar rəqibdən heyət baxımından nəzərəçarpacaq dərəcədə üstünlüyə malikdirlər. Bundan əlavə, uruqvaylılar əla formadadırlar və son 1 il ərzində yalnız 1 məğlubiyyətlə üzləşiblər. Son Heung Minin yoxluğunu nəzərə alsaq, koreyalıların şansları daha da azalır.
Bizim ilk proqnozumuz Uruqvayın qələbəsidir – 1,77
Uruqvay millisinin çox güclü hücum xətti var və yəqin ki, 3 xal qazanmaq üçün bu gün əllərindən gələni edəcəklər. Belə bir təcrübəli hücum xəttinin qarşısında Cənubi Koreya müdafiəsi çətin ki, çox tab gətirsin. Lakin koreyalılarında yaxşı əks-hücuma çıxdığını unutmaq lazım deyil. Fikrimizcə, oyunda qarşılıqlı qolların olma ehtimalı böyükdür.
İkinci mərcimiz hər iki komandanın qol vurması olacaq – 2.19
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab: 2:1 – 8.30
Cənubi Koreya 1-ci hissədə qol vuracaq – 3.15
Uruqvay 2-ci hissədə qol vuracaq – 1.65