Sabah saat 10:00-dan 26 noyabr saat 22:00–dək Bakı şəhəri, Binəqədi rayonu, “Baksol” yolunun təmir işləri icra olunan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə İndex.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.