Accounting and Tax Specialist
Son tarix 07 yan 2022
Bizimlə siz əldə edəcəksiniz:
Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)
İşiniz nədən ibarətdir?
Bankın gündəlik fəaliyyətində Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq mühasibatlıq uçotunun aparılmasının koordinasiyası;
Maliyyə Uçotu Siyasətinin MUBS və MUMS əsasında tətbiq edilməsi;
Bankın Vergi Siyasətinin tətbiqi və müvafiq hesabatların (mühasibatlıq və vergi) dəqiq və vaxtında təqdim olunması;
Şöbənin gündəlik proseslərinin daxili qayda və qanunvericiliyə əsasən icra müddətinə uyğun aparılması, günün bağlanması proseslərinə, mühasibatlıq və vergi əməliyyatlarının icrası;
Bankın gündəlik inzibati əməliyyatlarının uçotu;
Xarici auditorlara, vergi orqanlarına və yoxlama qurumlarına uçot sənədlərinin təqdimi;
Bankın məhsulları üzrə mühasibat modellərinə uyğun bankın struktur bölmələrinə müxabirləşmələrin yazılması;
Şöbənin gündəlik əməliyyatlarına və işinə aid bütün avtomatlaşdırmalarda iştirak və biznes tələblərinin yazılması;
Bankın bütün növ əməliyyat və kapital xarakterli xərclərinin düzgün uçotu;
Bankın bütün növ əməliyyat xərclərinin, ödənilməmiş öhdəliklərinin, müqavilələrin və invosyların hesablanması;
Bankın bütün növ əməliyyat gəlirlərinin və alınacaq məbləğlər üzrə invoysların yazılması, qaimələrin tərtibi;
Bankın daxili qayda, proses, siyasət və təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq və hər hansı qəza, insident və təhlükəli hallar barədə dərhal rəhbərə məlumat ötürülməsi.
İşiniz nədən ibarətdir?
Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
İş təcrübəsi: 1-3 il
Lisenziya / Sertifikat: ACCA /Dip İFRS/ CIMA
Xarici dillər: İngilis, Rus
Kompüter bilikləri: Microsoft Office
Məhsul üzrə biliklər: Bank məhsulları və əməliyyatları
Bazar üzrə biliklər: Maliyyə bazarları və bank üzrə biliklər
Digər: İFRS knowledge
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Mühasibatlıq və vergi mütəxəssisi” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.