Meksika – Polşa oyununa 10.25 əmsallıq PROQNOZ

Bu gün saat 20:00-da DÇ-ın C qrupunda Meksika Polşa ilə üz-üzə gələcək. Qələbə kimin olacaq? Cavabı proqnozumuzda.

MEKSİKA

Meksika millisi Şimali Amerikadan DÇ-na vəsiqə qazanmaq üçün əsas favorit hesab olunurdu. Lakin Xerardo Martinonun komandası azarkeşlərin gözlədiyi kimi seçmə mərhələni lider tamamlaya bilmədi. Meksikalılar 14 matçda 28 xal toplayaraq 2-ci oldular.

Qətərdə keçiriləcək DÇ-na hazırlaşan meksikalılar noyabrda bir neçə yoldaşlıq oyunu keçirib. Onlardan birincisində 4 cavabsız qol
vuran meksikalılar İraqı darmadağın etdilər. İkinci görüşdə isə Meksika millisi gözlənilmədən İsveçə 1:2 hesabı ilə uduzdu.

POLŞA

Polşa millisi DÇ-na vəsiqə uğrunda İngiltərə, Albaniya, Macarıstan, Andorra və San Marino ilə eyni qrupda yer alıb. Görünən odur ki, İngiltərə yığmasının qrupda olması polşalıların DÇ-na birbaşa vəsiqə şansını əlindən alıb. Çeslav Mixneviçin komandası ingilislərdən 6 xal geri qalaraq qrupu 2-ci başa vurdu.

2-ci yer Qətərə birbaşa vəsiqə vermədiyi üçün Polşa pley-offda oynamaq məcburiyyətində qaldı. Rusiya yığmasının diskvalifikasiyası səbəbindən polşalılar DÇ-na vəsiqə uğrunda İsveçlə mübarizə aparmalı oldular. İsveçlilər üzərində 2:0 hesablı qələbə isə onlara DÇ-da oynamaq imkanı verdi.

PROQNOZ

Meksika millisi ilk mərhələdə Polşa üzərində qələbə qazanacağı təqdirdə böyük üstünlük əldə edəcək. Çətin ki, Səudiyyə Ərəbistanı onlara və polşalılara ciddi müqavimət göstərsin, Polşa ilə Meksikanın bu qrupdakı əsas problemi Argentinadır.

Futbolçuların seçimində Meksika Polşadan xeyli üstündür. Ən azından futbolçuların keyfiyyətinə görə polşalılardan heç də geri qalmırlar. Bundan əlavə, meksikalılar DÇ-da ardıcıl olaraq hər dəfə qrupdan çıxmağı bacarırlar. Bunu polşalılar haqqında demək olmaz. Bu görüşdə meksikalılara üstünlük verilməsi məntiqlidir.

Bizim ilk proqnozumuz Meksika üçün Asiya handikapıdır (0) – 1,95

Meksika millisi DÇ-nın pley-off mərhələsinə müntəzəm çıxır. Hazırkı DÇ-da Meksika öz qrupunun fovoriti hesab edilməsədə, 2-ci çıxmaq üçün ən real namizəddir. Polşa ilə qarşılaşma Meksika yığmasının DÇ-dakı taleyini böyük ölçüdə həll edəcək. Obyektiv olsaq, bu gün meksikalılar rəqiblərindən güclüdürlər. Lakin çətin ki, onlar polşalıları, 1-dən çox top fərqi ilə məğlub edə bilsinlər.

İkinci mərcimiz Meksikanın 1 qolla qələbəsi olacaq – 4.10

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 2:1 – 10.25

Meksika 2-ci hissədə qol vuracaq – 1.99

Polşa 2-ci hissədə qol vuracaq – 2.05