“Huawei” şirkəti iki yeni smartfon – “Nova 9 SE” və “P50E” təqdim edib.
İndex.az xəbər verir ki, “Huawei Nova 9 SE”nin qiyməti 350 dollardan, “Huawei P50E” isə 645 dollardan aşağı olmayacaq.
“Nova 9 SE” Snapdragon 680 çipi, 8 GB operativ yaddaş və 128 GB və ya 256 GB daxili yaddaş alıb. Smartfon 90Hz yeniləmə tezliyi ilə 6.78 düymlük FHD+ (2388×1080 piksel) displeyi ilə təchiz edilib.
“P50E” modeli Snapdragon 778G çipi, 6.5 düymlük displey, 13 MP ön kamera və 50 MP arxa kamera ilə təchiz olunub. Bununla yanaşı, smartfon 4100 mAh tutumlu batareya və IP68 qorunma texnologiyasını alıb.