ABŞ – Uels oyununa 9.60 əmsallıq PROQNOZ

Bu gün saat 23:00-da Dünya Çempionatının B qrupunda ABŞ yığması Uelslə qarşılaşacaq. Qələbə kimin olacaq? Cavabı proqnozumuzda.

ABŞ

ABŞ komandası cari Dünya Kubokuna vəsiqə əldə etmək üçün çox çətinliklər çəkdi. Kosta Rikanı əlavə göstəricilərə görə üstələyərək sonda 3-cü yeri tutdu. Qreq Berhalterin komandası təsnifat mərhələsi başa çatdıqdan sonra keçirdiyi görüşlərdə yalnız bir dəfə uduzub. Ön xəttdəki keyfiyyətli oyunçular hücumda əla çıxış edirlər.

Amerikalılar Qətərə güclü yollandılar. Lakin müdafiədə bəzi boşluqlar var. Mərkəz müdafiəçisi Kris Riçards zədə səbəbindən heyətdən
kənarda qalıb. Amma amerikalılar bu çatışmazlığı hücumdakı çıxışları ilə kompensasiya etməyə çalışacaqlar. Kristian Pulişiç, Giovanni Reyna və Veston MkKini əla vəziyyətdədirlər.

UELS

Uelsli futbolçularda rəqibləri kimi çox yaxşı formadadırlar. Millətlər Liqasında özlərini sübut edə bilməsələr də, nəzərə almaq lazımdır ki, qrupdakı rəqibləri çox güclü idi. Robert Peycin yetirmələri ukraynalıları Dünya Çempionatına kənarlaşdıraraq 64 illik fasilədən sonra planetin əsas futbol turnirinə qayıtdılar.

Uelslilərin heyyətində hələ tam hazır olmayan təcrübəli futbolçu Co Allen ilk turda iştirak ərizəsində yer almayıb. Bununla belə, Qaret Beyl və Aron Remsi pley-off mərhələsinə yüksəlmək üçün Uels komandasına rəhbərlik edəcək.

PROQNOZ

Hər iki komanda yaxşı formadadır və görüşə demək olar ki, əsas heyətlə çıxacaqlar. Hər iki milli hücum etməyi yaxşı bacarır. Komandalar çətin ki, uzun müddət ehtiyatlı oynasınlar. Taktika baxımından daha açıq futbola və öndə aqressivliyə üstünlük verəcəklər.

Uels rəqibləri üçün potensial 3 xal kimi görünmək istəmir və qrupun digər üzüvlərinə qarşı əlindən gələni edəcək. Fikrimizcə komandaların müdafiə xətlərini deyil, hücum potensiallarını nəzərə alaraq, hər 2 tərəfin qol vuracağına inanmağa dəyər.

Bizim ilk proqnozumuz hər iki komandanın qol vuracağıdır – 2.06

Uelsdə millisində komandanın çıxışına yaxşı təsir edə biləcək bir sıra təcrübəli oyunçular var, lakin hazırkı vəziyyətdə ABŞ-ın qələbəsi daha real görünür. Amerikalılar hücum baxımından tamamilə əla görünürlər. Uelslilər də meydanda rəqabət aparacaqlar, amma ABŞ 1 qol fərqi ilə bu oyunda qələbə qazana bilər.

İkinci mərcimiz ABŞ-ın bir qolla qələbəsi olacaq – 3.78

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 2:1 – 9.60

ABŞ ilk hissədə qol vuracaq – 2.28

İkinci hissədə qol cəmi – 1.5 ÜST (2.60)