Seneqal – Niderland oyununa 14.25 əmsallıq PROQNOZ

Bu gün saat 20:00-da Dünya Çempionatının A qrupunda mübarizə aparan Seneqal millisi Niderland millisi ilə qarşılaşacaq. Qələbə kimin olacaq? Cavab bizim proqnozumuzdadır.

SENEQAL

Seneqal millisi Dünya Çempionatına vəsiqə əldə etmək üçün çox çətin yollardan keçdi. Təsnifat mərhələsində Toqo, Namibiya və Konqo ilə eyni qrupda olan seneqallılar Aliou Sissenin rəhbərliyi altında 16 xalla qrupu lider tamamladı. Lakin pley-offda seneqallıların qarşısına çətin Misir millisi çıxdı.

İlk oyunda səfərdə Seneqal millisi 0:1 hesabı ilə uduzdu və Misir Dünya Çempionatına açılan qapını azda olsa aralamağı bacardı. Lakin seneqallılar evdə 1:0 hesablı qələbə qazanıb oyunu penaltilər seriyasına kimi uzatmağı bacardılar. Penaltiləri daha dəqiq yerinə yetirən Seneqal millisi DÇ-na vəsiqəni təmin edərək Misirin araladığı qapını ən azı 4 illik yenə bağladı.

Dünya çempionatı başlamazdan əvvəl Seneqal millisi İranla yoldaşlıq oyunu keçirib və rəqiblə səfərdə 1:1 hesablı heç-heçə edib.

İtkilər: Sadio Mane, Abdu Diallo

NİDERLAND

Niderland millisi Dünya Çempionatının seçmə mərhələsində öz qrupunun şəriksiz fovoriti idi. Qətərə vəsiqə uğrunda “narıncılar” Türkiyə, Norveç, Monteneqro, Latviya və Cəbəllütariqlə birlikdə mübarizə apardıqları qrupu lider başa vurdular.

Niderland Millətlər Liqasında da çox uğurla çıxış etdi. Belçika, Polşa və Uelslə qrupda “narıncılar” aşkar favorit sayılmasa da, 1-ci olmağı bacardılar. 6 matçda heç bir məğlubiyyət görməyən niderlandlılar belçikalıları 6 xal qabaqlamağı bacardı. Memfis Depay 3 qolla həmin turnirdə komandanın bombardiri olub.

İtkilər: Memfis Depay

PROQNOZ

Niderland yığması Dünya Çempionatına yaxşı hazırlaşıb. “Narıncılar” təsnifat mərhələsində öz qruplarının lideri oldular. Əla performans və sabitlik nümayiş etdirərək, Millətlər Liqasında da çətin qrupda 1-ci olmağı bacardılar. Niderland, şübhəsiz ki, DÇ-na qələbə ilə başlamağa çalışacaq. Seneqal Sadio Manesiz oynayacaq. Heyətlərin kefiyyəti baxımından Niderlandın bir neçə baş üstün olduğunu görə bilərik.

İlk proqnozumuz Niderland üçün Asiya handikapı (-1) – 2.00

Niderland millisi həm bu görüşün, həm də bütövlükdə qrupun favoritidir. Şübhəsiz ki, açılış matçında “narıncılar” 3 xalı götürməyə çalışacaq. Seneqal Sadio Manenin yoxluğunda zəif görünür. Niderland, şübhəsiz ki, 3 xalı alacaq və rəqib qapısına ən azı 2 qol vuracaq.

İkinci mərcimiz Niderlandın 2 qolla qələbəsi olacaq – 4.60

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 1:3 – 14.25

Niderland 2-ci hissədə qol vuracaq – 1.55

Seneqal ilk hissədə qol vuracaq – 3.50