“Ərzaq və dərmanların bahalaşması məni çox narahat edir”.
İndex.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Tahir Kərimli deyib.
O bildirib ki, hamı ünvanlı sosial yardımdan narazılıq edir: “Demək bu ədalətsiz bir şeydir. Hamını razı salan uşaq puluna keçmək daha yaxşı olardı”.
T.Kərimli qaz limiti ilə bağlı məsələyə toxunub və bildirib ki, dağ kəndlərində qaz limiti ləğv olunsun.