Audiovizual Şura “Baku TV”yə lisenziya verib

Audiovizual Şura “Baku TV”yə lisenziya verib.

İndex.az xəbər verir ki, bu barədə Şuranın iclasında qərar qəbul edilib.

Belə ki, Şura üzvləri geniş müzakirələrdən sonra “Media haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra ilk dəfə yeni audiovizual media fəaliyyəti növü olaraq peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının “Baku TV” MMC-yə (televiziya redaksiyasının adı: “Baku TV”) və “Beat Media” MMC-yə (televiziya redaksiyasının adı: “Beat TV”) verilməsi barədə müvafiq qərarlar qəbul ediblər.