Bu gün saat 22:00-da yoldaşlıq oyunu çərçivəsində Dünya Çempionatına vəsiqə qazana bilməyən Türkiyə və Şotlandiya komandaları güclülərini sınayacaqlar. “Ay ulduzlular” şotlandları məğlub edə biləcəkmi? Cavabı bizim proqnozumuzdadır.
TÜRKİYƏ
Türkiyə millisi yarımfinalda Portuqaliyaya uduzaraq (1:2) Dünya Çempionatına vəsiqə qazana bilməyib. Lakin bu uğursuzluq Stefan Kunzun komandasına o qədər də təsir etmədi və Millətlər Liqasında gözlənilmədən Farer Adalarına (1:2) uduzsalar da, qrupu lider kimi tamamladılar.
ŞOTLANDİYA
Şotlandiya da pley-offun yarımfinalında Ukrayna millisinə uduzaraq (1:3) Dünya Çempionatından kənarda qalıb. Bundan sonra Stiv Klarkın yetirmələri Millətlər Liqasında Ukrayna ilə yenidən eyni qrupa düşdü. Lakin bu dəfə səfərdə uduzmayan (0:0) şotlandlar, öz meydanında qalib gələrək (4:1) ukraniyalılardan qisas ala bildilər. Şotlandiya millisi Millətlər Liqasında öz qrupunu lider tamamladı və hal-hazırda komanda hər cəhətdən çox möhkəm görünür.
PROQNOZ
Hər 2 komanda dünya çempionatına vəsiqə qazana bilməyib. Bu da, fikrimizcə, yoldaşlıq oyununda mübarizənin dərəcəsini artıracaq. Komandaların güclərini saxlamaq üçün iştirak edəcəkləri bir çempionat yoxdur. Onlar bu qarşılaşmada bütün güclərini verəcəklər. Türklər doğma meydanda oynadığı üçün azərkeş dəstəyi onlara bugün çox kömək edəcək. “Ay ulduzlular” heyətin kefiyyəti baxımından rəqibdən daha güclü görünürlər. Bütün bu məqamları nəzərə alaraq düşünürük ki, meydan sahiblərinin qələbəsinə inanmağa dəyər.
İlk proqnozumuz Türkiyənin qələbəsidir – 2.15
Doğma meydanda türklər çox vaxt qapılarını toxunulmaz saxlamağa bacarırlar. Şotlandiya ev oyunlarında yaxşı oynayır, lakin səfərdə bərabər və güclü rəqiblərə qarşı uğur qazanmaq onlar üçün çox çətinləşir. Göründüyü kimi, görüşdə meydan sahiblərinin qələbəsi daha realdır. Lakin bol qollu oyun gözləməyə dəyməz.
İkinci mərcimiz oyunda maksimum 2 qolun olacağıdır – 2,5 ALT (1.72)
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab: 2:0 – 8.70
1-ci hissə qol cəmi – 1.5 ALT (1.32)
Türkiyə hər iki hissədə qol vuracaq – 3.34