Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə 18 605,9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 49 % çoxdur.
Index.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu il noyabrı 1-nə qədər Azərbaycanda 77 979 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.