Sahibkarlarla növbəti görüş İsmayıllıda keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

İndex.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla İsmayıllı rayonunda görüşü təşkil olunacaq.

Aksiya İsmayıllı rayon Heydər Əliyev Mərkəzində baş tutacaq. “Səyyar qəbul otağı” noyabr 17-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.