“Veysəloğlu” Şirkətlər Qrupuna işçi tələb olunur

Veysəloğlu Şirkətlər Qrupu

Standartlaşma və Kodlama üzrə Mütəxəssis

Vəzifə öhdəlikləri:

  • Təchizat proseslərini təkmilləşdirmək və avtomatlaşdırmaq;
  • Təchizat prosesləri üzrə qaydaları yeniləmək, şablonları hazırlamaq;
  • Təchizat proseslərinin proqram təminatı üzərindən aparılmasını təmin etmək;
  • Proqram təminatında məhsul məlumat bazasının formalaşdırılmasına dair standartları təyin etmək və verilənlər bazası üzrə mütəxəssislərə izah etmək;
  • Sifarişçilər tərəfindən proqram təminatında yaradılmış məhsul məlumatlarını yoxlamaq və təsdiqləmək;
  • Proqram təminatına daxil edilmiş tədarükçü məlumatlarını yoxlamaq və təsdiqləmək;
  • Proqram təminatının biznes vahidlərində tətbiqinə və istifadəsinə dəstək göstərmək, proseslərin düzgün icrasına nəzarət etmək;
  • Proqram təminatının istifadəsi üzrə təlimlər təşkil etmək;
  • İstifadəçilər tərəfindən proqram təminatı istifadəsinə dair xətaların aradan qaldırılmasına dəstək göstərmək;
  • Bazar araşdırması nəticəsində müəyyən olunmuş siyahı üzrə tədarükçüləri pre-kvalifikasiya sorğusundan keçirmək və ilkin dəyərləndirməni aparmaq;
  • Təsdiq edilmiş tədarükçü siyahısını hazırlamaq.

Tələblər:

  • Ali təhsil;
  • Təchizat sahəsində minimum 2 il iş təcrübəsi;
  • Master dataların (SKU) hazırlanmasında təcrübəyə üstünlük verilir;
  • Tədarükçülərin pre-kvalifikasiya sorğusundan keçirilməsində təcrübə;
  • Təchizat üzrə proqram təminatının istifadəsində təcrübə;
  • MS Office biliyi.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Standartlaşma və Kodlama üzrə Mütəxəssis” yazmaqla, öz CV-lərini göndərə bilərlər.

Son tarix 11 dek 2022 [email protected]