Bu ilin oktyabr ayında ƏDV üzrə büdcə daxilolmaları 288 milyon 160.7 min manat təşkil edib. Bu göstərici 2021-ci ilin oktyabr ayı ilə müqayisədə 41 milyon 119.5 min manat və ya 16.7% çoxdur.
İndex.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Komitənin hesabatına əsasən cari ilin oktyabrında ƏDV üzrə büdcə daxilolmaları sentyabr ayı ilə müqayisədə 33 milyon 709 min manat və ya 10.5% azalıb. Sentyabrda bu daxilolmalar 321 milyon 869.7 min manat təşkil edib.