Fəaliyyətini bərpa etmiş şirkətlərin sayı 23% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 22,6 % artıb.

İndex.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 19,5% artıb.