Bu il noyabrın 1-nə Azərbaycanda 1 397 137 vergi ödəyicisi olub.
İndex.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, bu, ötən il noyabrın 1-i ilə müqayisədə 6,5% çoxdur.
Vergi ödəyicisinin 87,5%-i fiziki şəxslər, 12,5%-i hüquqi şəxslərdir. Son 1 ildə fərdi sahibkarların sayı 6,1 % (ümumi artımın 82,5%-i), şirkətlərin sayı isə 9,4% (ümumi artımın 17,5%-i) artıb.