Amerikanın “Meta” şirkəti (“Facebook” və “Instagram” sosial şəbəkələrinin sahibi – Red) tezliklə bir neçə min əməkdaşını işdən çıxarmağı planlaşdırır.
Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Qeyd olunub ki, “Meta”da kütləvi ixtisarların rəsmi elanı noyabrın 9-da gözlənilir. Qəzet şirkətdə neçə nəfərin işini itirəcəyini açıqlamayıb.
“Bu, şirkətin mövcud olduğu 18 il ərzində ilk kütləvi ixtisarlardır. Daha əvvəl bildirilmişdi ki, “Meta” işçilərin ixtisarı da daxil olmaqla xərcləri 10% azaltmaq niyyətindədir”,- məqalədə deyilir.
Xatırladaq ki, hazırda “Meta” şirkətinin heyəti 87 min nəfərə çatır.