Romanı kim fəth edəcək? – PROQNOZ

Bu gün saat 21:00-da Romada eyniadlı klubla “Latsio” üz-üzə gələcək. Bu dəfə Romanı kim fəth edəcək? Bunun cavabını proqnozumuzda tapa bilərsiniz.

 

ROMA

 

“Roma” yayda heyətini xeyli gücləndirdi və heç kimə sirr deyil ki, Çempionlar Liqasına qayıtmağı planlaşdırır. “Canavarlar” mövsümə yaxşı start versələr də, sonradan bir qədər axsamağa başladılar. Buna baxmayaraq, hazırda “Roma” İtaliya A Seriyasının 4-cü pilləsində gedir. Dördlüyə düşmək üçün də rəqabət olduqca yüksəkdir – “Yuventus” “Roma”dan cəmi 3 xal geri qalır. Lider “Napoli” “Roma”nı çox qabaqlayır və atrıq əlçatmazdır.

 

Avropa Liqasında romalılar “Ludoqorets”ə 3:1 hesabı ilə qalib gəldi və turnirin 1/16 mərhələsinə vəsiqə qazandı.

LATSİO

Əzəli rəqibi “Roma” kimi, “Latsio” da mövsümü ilk dördlükdə başa vurmaq niyyətindədir. Mauritsio Sarrinin kollektivi mövsümə əla srtart götürdü və bu yaxınlaradək ÇL-ə vəsiqə verən zonada idi. Lakin ard-arda keçirilən uğursuz oyunlardan sonra Roma təmsilçisi 5-ci pilləyə gerilədi.

“Latsio” “Roma”dan cəmi 1 xal geri qalır. Lakin, xatırladaq ki, dördlüyə düşmək uğrunda ciddi rəqabət mövcuddur.

 

“Roma”dan fərqli olaraq, “Latsio” Avropa səhnəsində uğursyz çıxış etdi – “Feyenord”a məğlub olan “qartal”lar Konfrans Liqasının pley-off mərhələsindən kənarda qaldı.

PROQNOZ

 

“Rома” derbinin favoriti sayılır. “Latsio” son turda “Salernitana” və “Feyenord”a uduzaraq bu fikirləri bir daha gücləndirdi. Bununla yanaşı, “Latsio” derbiyə Çiro İmmobile və Sergey Milinkoviç-Saviçsiz çıxacaq. Razılaşın ki, bu iki şəxsi layiqli əvəz edəcək oyunçu yoxdur.

Düşünürük ki, “Roma” derbidə qalib gələcək. Bukmekerlər bu mərci 2.11 əmsalla dəyərləndirir.

BUKMEKERLƏR NƏ DEYİR?

 

Dəqiq hesab: 2:1 – 8.10

 

“Roma” ikinci hissədə qol vuracaq – 1.61

 

İkinci taym qol sayı 1.5 ÜST – 2.15