“Çelsi” – “Arsenal”: DERBİYƏ ÖZƏL PROQNOZ

Bu gün saat 16:00-da Londanda İngiltərənin iki nəhəngi – “Çelsi” və “Arsenal” üz-üzə gələcək. “Stemford Bric”də keçiriləcək bu dueldən kim qalib çıxacaq? Bunun cavabını proqnozumuzda tapa bilərsiniz.

 

ÇELSİ

 

“Çelsi” hələlik ilk beşlikdən kənarda qərarlaşıb. Bu gün “Çelsi”ni böyük bir sınaq gözləyir – “Stemford Bric”ə İngiltərə Premyer Liqasının lideri təşrif buyurur. Ötən həftə Qrehem Potter “zadəganlar”ın baş məşqçisi qismində ilk məğlubiyyətini aldı. Maraqlıdır ki, Potterin kollektivini keçmiş klubu, yəni “Brayton” (1:4) məğlub etdi.

“Kanonirlər” ilə döyüşdən öncə “Çelsi”nin aktivində 6 qələbə və 3 heç-heçə var ki, bu da 21 xalla “Çelsi”ni turnir cədvəlinin 6-cı sırasında qərarlaşdırıb.

“Çelsi” Çempionlar Liqasının qrup mərhələsini lider kimi bitirdi – Zaqreb “Dinamo”sunu 2:1 məğlub edərək qrup mərhələsində 6 tura 13 xal yığmağa bacardı.

 

Yeri gəlmişkən, “Çelsi” 2018-ci ilin avqust ayından etibarən doğma meydanda “Arsenal”a qalib gələ bilmir. Bu da maraqlı faktdır ki, İngiltərə Premyer Liqasının tarixində “Arsenal” qədər “Çelsi”ni heç bir klub udmayıb – 23 dəfə.

 

İtkilər: Kante, Ceyms, Fofana, Çilluel, Arrisabalaqa

ARSENAL

 

Bu turdan əvvəl Mikel Artetanın kollektivi hazırkı çempion “Mançester Siti”ni 2 xal qabaqlayırdı. Dünən “şəhərlilər” “Fulhem” üzərində 2:1 qələbə qazanıb.

 

“Topçular”ın aktivində 10 qələbə və 1 heç-heçə var. Son turda “Arsenal” “Nottinqem Forrest”i 5:0 hesabı ilə darmadağın etdi. “Kanonirlər” indiyədək rəqib qapıçılarını 30 dəfə məyus ediblər.

 

Ağ-qırmızıların Avropa Liqasında da işləri qaydasında gedir. Klub qrup mərhələsini lider kimi başa vurdu. Hərçənd, Avropa Liqasında “Arsenal”ın hücum xətti zəif təsir bağışladı.

 

İtkilər: Tomiyasu, Terner, Smit-Rou

PROQNOZ

 

Bu oyunda biz hər iki komandanın qarşılıqlı hücumlarını gözləyirik. İnanırıq ki, qol epizodları kifayət qədər çox olacaq. Hər iki klub motivasiyalıdır, heyətlə bağlı da ciddi itkiləri yoxdur. Böyük ehtimalla, hər şey ənənəvi ssenari üzrə gedəcək – iki komanda arasında keçirilən son dörd oyundan üçündə azı 3 qol vurulub.

 

Proqnozumuz — 2.5 ÜST (1.98)

 

BUKMEKERLƏR NƏ DEYİR?

 

Dəqiq hesab: 2:1 – 14.75

 

Hər iki hissədə qol vurulacaq – 1.84

 

Sarı kart sayı: 3.5 ÜST – 1.86

 

Künc zərbələrinin sayı: 9.5 ALT – 1.81