Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) iki günlük noyabr iclasının nəticələrinə əsasən, baza dərəcəsini ardıcıl dördüncü dəfə 75 baza bəndi artırıb – 3,75-4%-ə qədər.
Bu barədə FED-in rəsmi saytında məlumat dərc edilib.
Açıq Bazar Komitəsi uzunmüddətli perspektivdə maksimum məşğulluğa və 2% inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların dərəcəsi üçün hədəf diapazonunu 3,75-4% -ə qaldırmaq qərarına gəlib.
FED baza dərəcəsinin hədəf diapazonunun daha da artırılmasını məqsədəuyğun hesab etdiyinə də aydınlıq gətirib.