“Global Leasing” QSC-nin direktoru Elvin Yolçiyev vəzifəsini tərk edib.
O, oktyabrın 28-də yaradılmış “Partners Leasing” QSC-nin rəhbərliyinə təyinat alıb.
E.Yolçiyev həm də 2 000 manat nizamnamə kapitalına malik yeni lizinq şirkətinin səhmdarlarından biridir.
“Global Leasing”ə rəhbərlik isə Emin Novruzova həvalə olunub. O, bundan əvvəl “Prior Leasing” ASC-də çalışıb.
2018-ci ildə yaradılmış və nizamnamə kapitalı hazırda 616,8 min manat olan “Global Leasing”in isə səhmlərinin 60%-i Nicat Gülməmmədova, 40%-i isə Kənan Salayevə məxsusdur.
Mənbə – Report