Bu gün 15:30-da İngiltərə Premyer liqasının növbəti turu çərçivəsində “Lester” doğma meydanında “Mançester Siti” klubunu qəbul edəcək. Bu dueldən kim qalib çıxacaq? Cavabı proqnozumuzdadır.
LESTER
Bərbad startın ardınca “Lester”in baş məşçisi Brendan Rocersin kreslosu laxlamışdı. Lakin “tülkülər” toparlandı və son iki turda “Lids” və “Vulverhempton” üzərində ardıcıl iki qələbə qazandı. Yeri gəlmişkən, iki turdu “Lester” qol buraxmır.
Bundan başqa, “Kings Power” arenada “göylər” 3 oyundur qapısını toxunulmaz saxlaya bilib. 12 turun ardından klub 11 xal toplayıb və 17-ci pillədə qərarlaşıb. Komandanın bombardiri 6 qol və 2 qol ötürməsi ilə Ceyms Medissondur.
Bu gün Bertran, Ndidi, Pereyra və Evans oynaya bilməyəcək.
MANÇESTER SİTİ
“Şəhərlilər” əla formadadı – klub etibarlı müdafiə və hücum xəttini özündə birləşdirə bilib. “Mavilər” 36 qol vurub, 11 top buraxıb ki, bu da Premyer liqada ikinci göstəricidir. Bu fantastik göstəricilər turnir cədvəlinin ilk pilləsini tutmağa bəs etməyib – “Mançester Siti” “Arsenal”dan 2 xal geri qalır.
Həftə ərzində “Mançester Siti” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Borussiya Dortmund” ilə qolsuz heç-heçəyə razılaşdı. Maraqlıdır ki, ÇL-də “şəhərlilər” hələ də uduzmayıb və cəmi 1 top buraxıb.
Bu gün Mendi, Filips və Uolker oynaya bilməyəcək. Erlinq Hallandın meydana çıxması isə sual altındadır.
PROQNOZ
“Lester”in məğlubiyyətsizlik seriyasının davam etdirilməsi inandırıcı gəlmir. Hətta Hallandsız belə “Mançester Siti” azı 1 topla “Lester”ə qalib gəlməyə qadirdir.
İlk proqnozumuz: “Mançester Siti” qələbə qazanacaq – 1.35
Düşünürük ki, “Mançester Siti” bu oyunda topa tam nəzarət edəcək.
İkinci proqnozumuz: “Manşester Siti” azı 3 top vuracaq – 2.07
BUKMEKERLƏR NƏ DEYİR?
Künc zərbələri: 9.5 ÜST – 1.89
Hər iki hissədə qol vurulacaq – 1.83
Dəqiq hesab: 1:4 – 29.55