Avropa bu avtomobillərin satışını qadağan edəcək

Avropa İttifaqı ölkələri və Avropa Parlamenti 2035-ci ildən sonra daxiliyanma mühərrikli yeni avtomobillərin satışını qadağan etmək qərarına gəlib.

İndex.az xəbər verir ki, bu tip avtomobillərə qadağa 2050-ci ilə qədər Avropada neytral iqtisadiyyat yaratmaq planının bir hissəsi idi. Qərar Avropa ölkələrinin elektromobillərə keçidini sürətləndirməlidir ki, bu da atmosferə istixana qazlarının emissiyasını azaltmağa kömək edəcək.

Fransa parlamentinin deputatı Paskal Kanfen bu qərarı tarixi adlandırıb. Siyasətçinin sözlərinə görə, hazırda Avropada tullantıların 16 faizi avtomobil sektorunun payına düşür, lakin 2050-ci ilə qədər sferanı karbondan neytrallaşdırmaq mümkün olacaq.

Eyni zamanda, Greenpeace nümayəndələri Avropa hakimiyyətinin qərarını təqdir etməyiblər. “Aİ mənzərəli marşrut seçir, lakin bu marşrut fəlakətlə başa çatır”, – təşkilat Belçikanın The Brussels Times nəşri ilə söhbətində bildirib. Mütəxəssislərin fikrincə, ən geci 2028-ci ilə qədər qalıq yanacaqla işləyən yeni avtomobillər qadağan edilməlidir.