Problemli kreditlər 25% azalıb

Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 649,5 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 1,5% azdır.

Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 9,7%, son 1 ildə isə 25,4% azalıb.

Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,4% təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,3%, ötən il sentyabrın sonuna isə 5,6% olub.