“Cümə məscidi”nin bərpasına 8 milyon manat xərclənəcək

“Bakı Şəhər Əsaslı Tikintivə Təmir” MMC “İxtisaslaşdırılmış Xüsusi Tikinti – Quraşdırma” MMC ilə 8 milyon manatlıq müqavilə bağlayıb.

İndex.az xəbər verir ki, müqavilədə “Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, 776-cı məhəllədə yerləşən “Cümə məscidi”nin bərpa-gücləndirmə işlərinin davam etdirilməsi”nin satınalınması (ikinci elan) nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 7 909 933 manatdır.

Xatırladaq ki, ötən ilin sonunda “İxtisaslaşdırılmış Xüsusi Tikinti – Quraşdırma” MMC-yə 2 881 728 manat ayrılmışdır.