“Benfika” – “Yuventus” oyuna 12.25 əmsallıq – PROQNOZ

Bu gün saat 23:00-da “Benfika” Lissabonda “Yuventus”u qəbul edəcək. “Yuventus”u Turində məğlub etməsinə baxmayaraq, evdə “qartallar”dan qələbə gözləmək lazım deyil. Cavabı proqnozda tapacaqsınız.

 

BENFİKA

 

“Benfika” mövsümün əvvəlindən keyfiyyətli futbol nümayiş etdirir və Portuqaliya çempionatının qalibi olmaq üçün əsas favoritlərdən biridir. 10 turun yekununda Rocer Şmidtin komandası 2-ci yerdə olan “Portu”dan 6 xalla uzaqlaşaraq, turnir cədvəlinə vahid liderlik edir. Son turda “Benfika” əzəli rəqibi “Portu” üzərində 1:0 hesablı qələbə qazandı.

 

Çempionlar Liqasında, “Benfika” qrupdan çıxmaq üçün favorit sayılmırdı. Bu isə qrupda PSJ və “Yuventus”un olması ilə bağlı idi. Lakin bütün proqnozların əksinə olaraq, “qartallar” qrup mərhələsinin ilk 4 turunu məğlubiyyətsiz başa vurdu. Qrupda “Benfika” 8 xalla 2-ci, “Yuventus” isə 3 xalla 3-cüdür.

 

YUVENTUS

 

“Yuventus” mövsümün başlanğıcında bütün cəbhələrdə uğursuz çıxış etdi. Massimiliano Alleqrinin komandası skudettoya əsas namizədlərdən biri hesab olunurdu, lakin 11 turun nəticələrinə görə, Seriya A-da yalnız 8-ci pillədə qərarlaşıb.

 

Çempionlar Liqasında da “Yuventus” uğursuz çıxış edir4 turdan sonra qrupda 3-cü yeri tutur. Eyni zamanda, “qoca sinyora” qrup sonuncusu olan “Makkabi”ni yalnız əlavə göstəricilərdə qabaqlayır. Bu gün turinlilərin səhv etmək haqqı yoxdur.

 

PROQNOZ

 

“Yuventus” özünü çox çətin vəziyyətə salıb. Qələbədən başqa istənilən nəticə komandanı Çempionlar Liqasını tərk etməyə məhkum edir. “Qoca sinyora”nın belə vəziyyətdə itirəcək heç nəyi yoxdur və şübhəsiz ki, bu gün qonaqlar 3 xalı qoparmaq üçün riskə gedəcəklər. “Benfika” bu yaxınlarda “Portu” ilə oyunda böyük güc itirdi. “Qartallar”ın heç bir üstünlüyü yoxdur və “Yuventus”la heç-heçə etmək üçün meydana çıxacaqlar. İnanırıq ki, meydan sahibləri qələbə qazana bilməyəcək.

 

Birinci proqnoz: “Yuventus” uduzmayacaq (X2) – 1.58

 

“Yuventus” bütün problemlərə baxmayaraq, qrupdan yüksəlmək uğrunda mübarizəni davam etdirir. Nə qədər ki, şanslar var, “qoca sinyora”, şübhəsiz, onlardan istifadə etməyə çalışacaq. “Yuve”nin Lissabondakı qələbəsi xüsusi sensasiyaya çevrilməyəcək. Qonaqlar yüksək fərdi ustalıq sayəsində bir qol vurmağa kifayət qədər qadirdirlər.

 

İkinci mərcimiz “Yuventus”un bir top fərqi ilə qalib gəlməsi olacaq – 4.87

 

BUKMEKERLƏR NƏ DEYİR?

 

“Benfika” ilk hissədə qol vuracaq – 1.85

 

“Benfika”nın son üç ev oyununda bu mərc uğurlu alınıb.

 

Dəqiq hesab: 1:2 – 12.25

 

Klublar arasında son 5 qarşılaşmadan 2-i bu hesabla başa çatıb.

 

“Yuventus” ikinci hissədə qol vuracaq – 2.07

 

Son iki matçda “Yuventus” ikinci hissədə qol vurub.