İndiyədək ölkə ərazisində 75 mindən çox yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
İndex.az Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2022-ci ilin yanvar-sentyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 16 milyard 925 milyon 117.8 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52,8% çoxdur.