“Selta” – “Xetafe”: GÖZLƏNİLMƏZ PROQNOZ

İspaniya la Liqasında bu gün 21:00 “Selta” və “Xetafe” üz-üzə gələcək. Oyunla bağlı texniki analizimizi və proqnozumuzu təqdim edirik.

 

SELTA

Ötən həftə “Selta” öz meydanında “Valyadolid”də boyun əydi – 1:4. Bu, ardıcıl 3-cü uğursuzluq idi və hazırda Şimali İspaniya təmsilçisi düşmə xəttindən cəmi 2 xal qabaqdadır. Komandanın öz meydanındakı performansı qarışıqdır. Bu səbəbdən “mavi”lərin oyunu ilə bağlı proqnoz vermək hər ötən tur daha da çətinləşir.

Bundan başqa, “Selta”nın sükanı arxasına keçəndən sonra ilk dəfə olaraq Serxio Koudet sərt tənqidə məruz qaldı. Təcrübəli argentinalı məşqçi “Valyadolid”ə məğlubiyyətdən sonra belə pozitivliyini pozmadı. Onun sözlərinə görə, “Selta”nın sadəcə bəxti gətirmədi. Maraqlıdır ki, hazırda “Selta” ötən il əldə etdiyi nəticə üzrə gedir – onların yenə də 10 xalı var. Ötən il analoji startdan sonra “Selta” mövsümü turnir cədvəlinin ortalarında başa vurdu.

 

“Selta” hücumda inamlı təsir bağışlamır. “Kelt”lər indiyədək 11 qol vurub ki, bunun 6-sı Yaqo Aspasın aktivindədir.

 

Bu gün Vilyar və Solarinin oynamayacağı dəqiqdir.

 

XETAFE

“Xetafe”nin də dramı davam edir – komanda düşmə zonasındadı, bununla belə, 4 oyundur ki, qaləbə üzünə həsrətdir. Ötən tur paytaxt təmsilçisi “Atletik Bilbao” ilə oyunda heç-heçə iəl fanatlarını sevindirdi. Hərçənd, bu matçı “xilas olunmuş” hesab etmək olar – 76-cı dəqiqədə Munir Əl Haddadi vacib 1 xalı komandasına qazandırdı.

10 turdan sonra komandanın aktivində 2 qələbə, 3 heç-heçə var. Klub 9 xalla 17-ci yerdə qərarlaşıb. “Xetafe”nin hücum xətti bərbad görünür. Komanda ortalama olaraq 1 oyuna heç 1 qol vurmur. Bu gün Karles Alenyanın oynamayacağı ciddi itki sayıla bilər. Lakin qonaqların uğur qazanmasına inam var – rəqib daha pis durumdadı. Unutmayaq ki, aprel ayındakı son oyunu məhz “Xetafe” udub.

Bu gün Munir Əl Haddadi və Arambori də meydana çıxa bilməyəcək.

 

PROQNOZ

Hər iki komandanın hücumda bərbad oynaması bu gün az qollu bir oyun bəxş edir. Əl Haddadinin olmaması, Aspasın isə son 6 oyunda cəmi 1 dəfə fərqlənməsini diqqətə alın. Əlavə edək ki, komandalar arasında keçirilən son 5 oyundan 4-də 2 topdan çox vurulmayıb.

Beləliklə, bizim ilk proqnozumuz – 2.5 ALT. Misli.az bu proqnozu 1.54 əmsalla, Etopaz isə 1.52 əmsalla dəyərləndirir.

İkinci proqnozumuz risklidir. Düşünürük ki, “Xetafe” uğurlu seriyasını davam etdirməyə qadirdir. Bundan başqa, bu gün matçı Pablo Qonsales Feurtes idarə edəcək. “Selta”nın bəzi diqqətli fanatları yaxşı xatırlayır ki, bu hakimi idarə etdiyi oyunlarda klub cəmi 1 dəfə qələbə qazanıb. Bundan istifadə etmək lazımdır.

 

İkinci proqnozumuz – “Xetafe”nin qələbəsi. Misli.az “Xetafe”nin qələbəsini 4.70 əmsalla, Etopaz isə 4.95 əmsalla qiymətləndirir.

BUKMEKERLƏR NƏ DEYİR?

 

Dəqiq hesab: 1:2 – 7.55

 

“Xetafe” son 4 səfər oyunundan 2-də “Selta”nı bu hesabla udub

 

Hər iki hissədə qol vurulacaq – 1.82

 

“Selta”nın ev sahibliyi etdiyi son 4 oyunundan 2-də hər iki hissədə qol vurulub

 

Künc zərbələri: 9.5 ALT – 1.84

 

“Selta”nın son 5 oyundan 3-də bu proqnoz özünü doğruldub

 

Penalti olmayacaq – 1.43

 

Komandalar arasında keçirilən son 3 oyunda penalti təyin olunmayıb