Bu gün 20:00-da “Qalatasaray” – “Alanyaspor”u qonaq edəcək. Oyunla bağlı analizimizi və proqnozumuzu təqdim edirik.
QALATASARAY
“Qalatasaray” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Düzdür, klub Avrokubok zonasından ciddi geri qalmır. “Qalatasaray”ın müdafiəsi o qədər də pis təsir bağışlamır – 9 oyuna “aslan”lar 7 top buraxıb. Eyni sözləri hücum xətti ilə bağlı deyə bilməyəcəyik. Razılaşın ki, vurulan 10 qol elə də yaxşı nəticə deyil.
Ötən tur “Qalatasaray” “Kayserispor”a (1:2) uduzub.
ALANYASPOR
“Alanyaspor” 12 xalla “Superliqa”nın 12-ci yerində qərarlaşıb. Klubun müdafiə xəttindəki boşluqlar açıq-aşkar görünür – 9 oyuna buraxılmış 19 top. Eyni zamanda klub məhsuldarlığı ilə seçilir – 9 oyuna 14 qol, bunlardan 5-i qonaq meydanında vurulub.
Son turda “Alanyaspor” “Antalyaspor”u 3:2 udub.
PROQNOZ
Fikrimizcə, İstanbul təmsilçisi bu gün qələbə qazana biləcək. Ev meydanında “aslan”lar inamlı təsir bağışlayır. “Qalatasaray”ın turnir cədvəlindəki mövqeyi, üstəlik, son 3 ev oyununda “Alanyaspor”a məğlubiyyəti onu deməyə əsas verir ki, “aslan”lar revanşa köklənəcək. O da nəzərə alınmalıdır ki, “Alanyaspor” son səfər oyunlarında o qədər də inanmı təsir bağışlamır.
Bizim ilk proqnozumuz: “Qalatasaray” azı 2 top fərqi ilə qələbə qazanacaq. Bukmekerlər bu proqnozu 2.45 əmsalla dəyərləndirir.
Biz həm də məhsuldar bir oyun gözləyirik. “Qalatasaray” öz meydanında hər oyunda azı 2 qol vurur. “Alanyaspor”un hücum xəttinə nəzər salanda da azı 1 qol gözləmək olar. Növbəti proqnozumuz – 2.5 ÜST (1.66)
BUKMEKERLƏR NƏ DEYİR?
“Qalatasaray”ın toplarının sayı 1.5 ÜST – 1.53
“Aslan”lar “ev”də stabil olaraq azı 2 top vurur
Dəqiq hesab: 2:1 – 7.00
Son 4 ev oyunundan 3-də bu proqnoz özünü doğruldub