Bu gün saat 22:00-da İspaniya çempionatının 11-ci turu çərçivəsində “Real Madrid” “Sevilyanı”i qəbul edir. Qonaqlar “kral klubu”na müqavimət göstərə biləcəklərmi? Cavab bizim proqnozumuzdadır.
REAL MADRİD
Çempionlar Liqasının qrup mərhələsinin startı “Real Madrid” üçün kifayət qədər uğurlu başlayıb. Qrup mərhələsində 3 qələbə və ötən həftə Donetsk “Şaxtyor”u ilə heç-heçədən (1:1) sonra “Qalaktikos” artıq pley-offa çıxmaq məsələsini həll edib. Bundan əlavə, komanda “El Klasiko”da qalib gələrək son turda “Elçe” ilə oyunda asanlıqla qələbə qazandı (3: 0) və “Qızıl top”un yeni sahibi Kərim Benzema qol vurdu.
Üstəlik, La Liqa tarixində ilk dəfə VAR-ın köməyi ilə komandanın üç qolu ləğv edildi ki, bu da həmin axşam heyətin qismən rotasiyaya getməsinə baxmayaraq Karlo Ançelottinin komandasının necə üstünlük təşkil etdiyini göstərir. Bu duelə qədər “Real”ın 9 qələbəsi və 1 heç-heçəsi var. Bu isə yekunda 28 xala və turnir cədvəlinin 1-ci pilləsinə uyğun gəlir. Madird təmsilçisi bu sezon keçirdiyi 10 oyunda rəqib qapılarına 25 qol vurmağı bacarıb.
Omba nahiyəsindən zədə alan Kurtua, Diaz və Sebalyos bu gün meydana çıxa bilməyəcək.
SEVİLYA
“Sevilya” mövsümə “dəhşətli” startdan sonra az da olsa irəliləyiş əldə edə bildi. Xorxe Sampaoli 4 məğlubiyyətsiz matç seriyası ilə ikinci gəlişini qeyd etdi. “Malyorka” ilə qarşılaşmada komanda minimal hesabla qalib gəlib, “Valensiya” ilə son oyun da daxil olmaqla, 1:1 hesabı ilə 3 heç-heçə qeydə alınıb.
“Sevilya”nın “Real” kimi güclü rəqiblə matçda 90 dədiqə yüksək templə oynaması sual altındadır. Buna baxmayaraq, 10 turda klubun 2 uğurlu matçı və 4 heç-heçəsi var. Çempionatda 10 xalı olan “Sevilya” 12-ci sırada qərarlaşıb.
Koronavirusa yoluxan Salas, Rekik, Korona, Nianzu və Fernando bu gün oynaya bilməyəcək.
PROQNOZ
Bu matçda biz “Real Madrid”ə üstünlük verəcəyik. Çünki komanda hətta “El Klassiko”dakı qələbəsini rahat əldə etdi. “Sevilya”nın kifayət qədər təcrübəli oyunçularının olmasına baxmayaraq, komandada hələ də ciddi problemlər var. Qeyd edək ki, həlledici ola biləcək Santyaqo Bernabeu təzyiqini nəzərdən qaçırmaq olmaz. Biz sensasiya gözləmirik və proqnozda “Qalaktikos” üçün inamlı qələbəyə ümid edirik.
Bizim proqnozumuz – “Real Madrid”in 1.5 fora ilə qələbəsi – Misli.az bunu 1.85, Etopaz isə 1.83 əmsalla dəyərləndirir.
BUKMEKERLƏR NƏ DEYİR?
Kornerlərin cəmi 9,5 alt – 1.96
Son 3 oyunda məhz bu ssenari özünü doğruldub
Hər iki hissədə qol olacaq – 1.82
Son 6 oyundan 4-də hər iki hissədə qol vurulub
Dəqiq hesab 3-1 – 22.55
Son 7 oyundan 6-nı “Real” bu hesabla qalib gəlib
Penalti olmayacaq – 1.41
Son 3 oyunda penalti təyin olunmayıb