“Azərbaycanda Bələdiyyə Məcəlləsinin hazırlanması ilə bağlı təkliflər var”.
İndex.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, bu təkliflər müzakirə ediləcək: “Bələdiyyə vergisinin verilməsinə dair məcburiyyət yoxdur. Ona görə də bələdiyyələr vergi yığa bilmirlər. Bununla bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir. Bələdiyyələrlə bağlı köklü dəyişikliklərə ehtiyac var”.
Mənbə – APA