İnflyasiya bu il 12,5%, gələn il isə 6,9% ola bilər

Bu il Azərbaycanda inflyasiyanın 12,5% təşkil edəcəyi gözlənilir.

İndex.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Xatırladaq ki, bu ilin 8 ayında ölkədə illik qiymət artımı 13,2% olub.

Gələn il üçün isə hökumətin inflyasiya proqnozu 6,9%-dir.